Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Tornado ABŞ-ın Alabama ştatında ciddi dağıntılar törədib

Tornado ABŞ-ın Alabama ştatında ciddi dağıntılar törədib

Date: 26 December 2015 12:58


Bakı, 26 dekabr, AZƏRTAC
Tornado ABŞ-ın Alabama ştatında yerləşən Birmingem şəhərində ciddi dağıntılara səbəb olub.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Milli Meteoroloji Xidmətin məlumatına əsasən tornado şəhərə dekabrın 25-də yerli vaxtla təxminən 17:00-da daxil olub. ABC telekanalı təbii fəlakət nəticəsində xəsarət alanların olduğunu, şəhərə xeyli ziyan dəydiyini bildirib.
Hazırda Alabama ştatının bəzi rayonlarında ən yüksək - “qırmızı” təhlükə səviyyəsi elan olunub. Milli Meteoroloji Xidmət leysan yağışları və daşqınların ola biləcəyi barədə əhaliyə xəbərdarlıq edib.
Xatırladaq ki, bir qədər əvvəl ABŞ-ın cənub-şərqində - Missisipi, Tennessi və Arkanzas ştatlarında baş verən qasırğa və leysan yağışları nəticəsində 14 nəfər həlak olub, bir neçə nəfər itkin düşüb və azı 40 nəfər xəsarət alıb.

Tags:  Tornado ABŞ-ın Alabama ştatında ciddi dağıntılar törədib


RƏYLƏR


Top news