"Bu məsələdə çox sınmışdım"

"Bu məsələdə çox sınmışdım"
13:05 26 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Könül Kərimova həmkarı Xatun Əliyeva ilə barışmalarından danışıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı "Star life" verilişində Xatunu hələ də tam bağışlamadığını bildirib. O, "Münasibətləriniz əvvəlki kimi olacaq" sualına belə cavab verib:

"Küsməyə səbəb var idi. Bu, küsmək yox, incimək idi. Mənə çox təsir etmişdi. Bir az bir-birimizə hörmət edək. Hörmətsizlik ediləndə sınıram. Bu məsələdə də çox sınmışdım. Bu qədərmi bir-birimizə hömət edə bilmirik? Qəlbə dəymək olmaz. Xatunla münasibətimizin əvvəlki kimi olmasını zaman göstərəcək. İstər sənətdə, istər həyatda yaş fərqimiz varsa, hörmət qoymalıyıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/393271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR