Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Heyvanlara bayram hədiyyəsi verildi (FOTO)

Heyvanlara bayram hədiyyəsi verildi (FOTO)

Date: 26 December 2015 13:11

ABŞ-ın Linkoln şəhərində yerləşən zooparkların birində heyvanlara Milad bayramı münasibəti ilə hədiyyələr paylanıb.

ANS PRESS-in məlumatına görə, bu hədiyyələr maraqlı karton qutularda bayramın simvolları olan kağız bağlamalarda olublar.

Zooparkın direktoru Con Çaponun sözlərinə görə, heyvanlara hədiyyələrin paylanması xidmətçilərə xüsusi zövq verib. Elə heyvanxanada yaşayan canlılardan bundan məmnun qalıblar. Hədiyyə paketlərində isə onlar üçün dadlı yeməklər olub. Heyvanxana sakinlərinin hamısı hədiyyəyə sahib olublar.

Hədoyyə alanlardan biri də Elilot və Serjant Pepper adlı iki tutuquşu olub. Möhkəm caynaqları sayəsində bu hədiyyə paketini açmaq olara heç də çətin başa gəlməyib. Bağıamadan isə qoz, buğda krekerləri və dondurma çıxıb.



Heyvanların hədiyyə sevinci

Qırmızı Karson və Tenzinq adlı kiçik pandaların hədiyyəsi bambuq zoğları, alma və bananla dolu bağlama olub.

Hədiyyələrdən başqa bayram münasibəti ilə heyvanlar üçün xüsusi yemək mərasimi də təçkil edilib. Burada onlara anbaan nəzarət üçün 8 xüsusi xidmətçi də ayrılıb.




Hədiyyəsini alan heyvanlar onları dərhal açıblar.

Tags:  Heyvanlara bayram hədiyyəsi verildi FOTO


RƏYLƏR


Top news