Rusiya Azərbaycana BMP-3 satışını 2016-cı ildə yekunlaşdıracaq

Rusiya Azərbaycana BMP-3 satışını 2016-cı ildə yekunlaşdıracaq
13:12 26 Dekabr 2015
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya daha əvvəl imzalanmış müqavilə çərçivəsində Azərbaycana piyadaların döyüş maşınlarının (BMP-3) çatdırılmasını 2016-cı ildə yekunlaşdıracaq.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu "Traktornıye zavodı" konserninin nümayəndəsi deyib.

O bildirib ki, Azərbaycana müqavilədə nəzərdə tutulan sayda döyüş maşınlarının göndərilməsi gələn il tamamlanacaq.

Müqavilə 2010-cu ildə imzalanıb və 2017-ci ildə tam həyata keçiriləcəyi planlaşdırılır. "BMP-3"dən başqa, Azərbaycana özüyeriyən artilleriya qurğuları və reaktiv atəş sistemləri də satılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/393308.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR