Azərbaycan hökumətinə yeni proqram təqdim edildi

Azərbaycan hökumətinə yeni proqram təqdim edildi
13:18 26 Dekabr 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən “2016-2020-ci illər üçün İİV və QİÇS-lə mübarizə üzrə yeni Tədbirlər Proqramı” hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin sənəd xəstəliklə bağlı problemlərin köklü surətdə həlli məqsədilə geniş profilaktik tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Tədbirlər Proqramı həm də xəstələrin davamlı müalicəsi üçün antiretrovirus preparatları, qulluq və dəstəklə təmin edilməsinə, laborator xidmətin müasir avadanlıq və reaktivlərlə təchizatına və bu sahə üçün kadrların hazırlanmasına yönəlib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2474508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR