Biləsuvarda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub

Biləsuvarda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub
13:23 26 Dekabr 2015
90 Digər
Ölkə mətbuatı
A- A+


Biləsuvar, 26 dekabr, Mahir Babayev, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Biləsuvardakı Heydər Əliyev Parkında bayram tədbiri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bayramsayağı bəzədilən meydanda quraşdırılan yolka ətrafında dövrə vuran balacaların şən nəğmələri, ifa etdikləri rəqslər, mahnılar tədbirin rəngarəngliyini daha da artırıb.
Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev sakinləri təbrik edib, xoş arzularını bildirib. Qeyd edib ki, yola saldığımız ildə dövlətimizin başçısının tapşırığı ilə rayonda mühüm infrastruktur layihələr həyata keçirilib, yeni asfalt yollar salınıb, kənd və qəsəbələrin qazlaşdırılması tam başa çatdırılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən 100 və 200 yerlik uşaq bağçaları istifadəyə verilib. Əsgərabad kənd tam orta məktəbinin və rayon mərkəzi xəstəxanasının əsaslı təmirinə başlanıb.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü barədə məlumat verən M.Quliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı ildə də daha böyük uğurlara imza atılacağına əminliyini bildirib.
Bayram tədbiri Şaxta baba və Qar qızının təbrikləri, maraqlı konsert proqramı ilə davam edib.
Sonda balacalara bayram hədiyyələri paylanılıb.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bilesuvarda_Dunya_Azerbaycanlilarinin_Hemreylik_Gunu_ve_Yeni_il_bayrami_qeyd_olunub-914619

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR