Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazirlik: "Uşaqlarda kitab oxumağa maraq oyadılmasa..."

Nazirlik: "Uşaqlarda kitab oxumağa maraq oyadılmasa..."

Date: 26 December 2015 13:27

Gələn il Azərbaycanda uşaq ədəbiyyatına marağın artırılması üçün aparılan işlər gücləndiriləcək.

Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Qurumdan bildirilib ki, gələn il uşaq ədəbiyyatına marağın gücləndirilməsi əsas prioritet istiqamət olacaq.

Nazirlik hesab edir ki, insanları kitab oxumağa həvəsləndirmək üçün kitabxanalar tərəfindən müəyyən işlər görülməlidir: "Hazırkı dövrdə uşaqların ədəbiyyat oxumasına marağı artırmaq lazımdır. Əgər indi uşaqlarda kitab oxumağa maraq oyadılmasa, Azərbaycan bir neçə ildən sonra öz oxucularını itirə bilər. Bunun baş verməməsindən ötrü kitabxanalar kitabları populyarlaşdırmalı, öz məhsullarını tələbata uyğun təqdim etməlidirlər".

Milli.Az


Tags:  Nazirlik Uşaqlarda kitab oxumağa maraq oyadılmasa


RƏYLƏR


Top news