Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Tahir İmanovun ailə qurduğu xanım kimdir? - fotolar

Tahir İmanovun ailə qurduğu xanım kimdir? -  fotolar

Tarix: 26 Dekabr 2015 13:31

Ötən gün "JW Marriott Absheron" otelində əməkdar artist Tahir İmanovun toyu baş tutub.

Axşam.az-ın məlumatına görə, aktyorun ailə qurduğu xanım tanınmış model Nigar Əliyevadır.

Nigar 1991-ci il sentyabrın 22-də Mingəçevir şəhərində anadan olub. 2008-ci ildə "Best Model Azerbaijan" müsabiqəsində "Miss Grace" nominasiyasına layiq görülüb. 2010-cu ildə “Best Model Azerbaijan” müsabiqəsində 2-ci yerə çıxıb və “Miss Xəzər” nominasiyasını qazanıb. 2011-ci ildə "Qaranlıqlar çiçəyi" filmində çəkilib.

Toy mərasiminə ölkə başçısı İlham Əliyevin qızı Leyla Əliyeva, müğənni Emin Ağalarov və bir çox tanınmış simalar qatılıblar.

Məclisi müğənnni Elton Hüseynəliyev idarə edib.

Allah xoşbəxt etsin!






Teqlər:  Tahir İmanovun ailə qurduğu xanım kimdir fotolar



RƏYLƏR


Top xəbərlər