“Google” şirkəti yeni sistemi sınaqdan keçirir

“Google” şirkəti yeni sistemi sınaqdan keçirir
13:33 26 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, AZƏRTAC
Dünyanın aparıcı axtarış sistemi olan “Google” şirkəti yeni sistemi sınaqdan keçirir. Bir qrup proqramçı tərəfindən hazırlanan proqrama əsasən “Google”un hesablarına şifrəsiz daxil olmaq imkanı yaradılacaq.
AZƏRTAC “theverge.com” saytına istinadən xəbər verir ki, yeni sistem istifadəçi hesabını telefon nömrəsi ilə əlaqələndirərək təsdiqləmə kodu vasitəsilə daxil olmağa imkan yaradacaq.
Mütəxəssislər bildirirlər ki, bir çox hallarda istifadəçilər sadə şifrələrdən yararlandıqları üçün onların hesabları asanlıqla ələ keçirilir. Yeni sistem istifadəci hesablarına müdaxilə hallarının qarşısını alacaq. Bu sistem “Google”un bütün proqramlarında istifadə olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Google_sirketi_yeni_sistemi_sinaqdan_kechirir-914626

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR