Azərbaycana BMP-3-lərin gələcəyi vaxt bilindi

Azərbaycana BMP-3-lərin gələcəyi vaxt bilindi
13:41 26 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Azərbaycana BMP-3 piyada döyüş maşınlarının çatdırılmasını 2016-cı ildə yekunlaşdıracaq.
ANS PRESS-in məlumatına görə, bu barədə TASS agentliyi məlumat yayıb.

“Traktornıye zavodı” konserninin nümayəndəsi Azərbaycana müqavilədə nəzərdə tutulan sayda döyüş maşınlarının göndərilməsi gələn il tamamlanacaq.

Məlumata görə, Rusiya və Azərbaycan silah və hərbi texnikanın çatıdırılması barədə müqavilə 2010-cu ildə imzalanıb. Müqavilənin reallaşdırılması 2017-ci ildə başa çatacaq.


BMP-3

KİV-də yer alan məlumata görə, BMP-3-dən başqa texnikadan da söhbət gedir. Bu siyahıya həmçinin T-90C tankı, özüyeriyən artileriya, reaktiv atəş sistemləri, ağır alovsaçan sistem daxildir. Tanklarla bağlı Azərbaycan həm də təmir evakuasiya və mühəndis maşınları da almalıdır.

Ekspertlər bu müqavilə paketinin qiymətinin milyard dollar civarında olduğunu düşünürlər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368233

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR