Aktual mövzular: Dollar alış-satışı , Məzənnə, Hava haqqında, Neftin qiyməti

Azərbaycanda bir nəfər dəm qazından, başqa biri isə sirkə turşusundan zəhərlənərək ölüb

Azərbaycanda bir nəfər dəm qazından, başqa biri isə sirkə turşusundan zəhərlənərək ölüb

Date: 26 December 2015 14:02

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycanda bir nəfər dəm qazından, başqa biri isə sirkə turşusundan zəhərlənərək dünyasını dəyişib. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 25-də Sumqayıt şəhərində yaşayan Turan Abdullayev evində dəm qazından zəhərlənərək ölüb. 
Sirkə turşusundan zəhərlənmə hadisəsi isə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, dekabrın 13-də Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşayan Sevil Aslanova ehtiyatsızlıqdan sirkə turşusu içməsi nəticəsində xəstəxanaya yerləşdirilib və dekabrın 25-də orada ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.

Tags:  Azərbaycanda nəfər dəm qazından başqa biri isə sirkə turşusundan zəhərlənərək ölüb

RƏYLƏR


Top news