Deputatın ailəsində ağır itki - fotolar

Deputatın ailəsində ağır itki - fotolar
14:16 26 Dekabr 2015
171 Şou
Ölkə mətbuatı
A- A+

Millət vəkili Elmira Axundovanın ailəsində ağır itki baş verib.

Axşam.az-ın anspress-ə istinadən məlumatına görə, deputatın həyat yoldaşı, rejissor Ramiz Həbib oğlu Axundov bu gün dünyasını dəyişib. Millət vəkili bildirib ki, həyat yoldaşı uzun müddət ağır xəstəlikdən əziyyət çəkib.

"Yoldaşım 5 ilə yaxın idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi. Amma son bir ayda onun vəziyyəti daha da ağırlaşmışdı. Gecə yatdı və səhər oyanmadı. Çox güman ki, ürək çatışmamazlığından ölüb", - deyə millət vəkili vurğulayıb.

Mərhum bu gün dəfn ediləcək.



Məşhur rejissor, 35 sənədli filmin müəllifi, ilk rəngli filmin rejissoru, prezident təqaüdçüsü Ramiz Həbib oğlu Axundov 78 yaşında dünyasını dəyişib. Azərbaycan Televiziyasının yaradıcılarından biri olan R.Axundov "Sərhəd bağlıdır" (film, 1962), "Bu, Səttar Bəhlulzadədir" (film, 1969), "Sənət yollarında" (film, 1974), "Habil Kaman" (film, 1984), "Qayıdış" (film, 1988) və s. kimi filmlərə rejissorluq edib.

Ramiz Axundov və Elmira Axundovanın bu evlilikdən iki övladı, bir nəvəsi var.




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43212

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR