Azərbaycanda poçt yarıldı (FOTO)

Azərbaycanda poçt yarıldı (FOTO)
14:16 26 Dekabr 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərpoçt"un Lənkəran regional filialının Sutəmurdov poçt şöbəsi gecə saatlarında oğurlanıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisədən işçilər səhər işə gələndə xəbər tutublar.

Qapıların sındırıldığını və taybatay açıq olduğunu görən işçilər dərhal aidiyyatı qurumları məlumatlandırıblar.

Lənkəran regional poçt filialının rəis müavini Elmar Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, dəmir, yanmayan seyf oğurlanıb. Dəmir seyfin içində 66 manat kassa qalığı nağd pul, şöbənin təqvim möhürü, bir də ciddi hesabat qəbzləri olub.
Poçt idarəsində vətəndaşların məktubları cırılmış halda olub.





Artıq faktla bağlı Lənkəran rayon polis şöbəsində cinayət işi başlanıb,araşdırma aparılır.
Hələlik saxlanılan yoxdur.

Bu, şöbədən edilən ikinci oğurluq hadisəsidir. İlk oğurluq hadisəsinin üstünü açmaq hələ də mümkün olmayıb.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368236

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR