Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ağacda 2 nəfərlik otel

Ağacda 2 nəfərlik otel

Date: 26 December 2015 14:18


Bakı, 26 dekabr, Ramiz Quliyev, AZƏRTAC
İsveçin paytaxtı Stokholm ətrafında, Xarads adlanan ərazidə “Tham + Videgard Hansson Arkitekter” studiyasının memarları tərəfindən ağac budaqları üzərində kiçik otelin layihəsi hazırlanıb.
AZƏRTAC Arxinovosti saytına istinadla xəbər verir ki, otelin konstruksiyası alüminium materialdan olmaqla ağacın gövdəsi üstündə yerləşdiriləcək. Fasadı isə işığı əks etdirən şüşədəndir.
Otel sakini otağına kəndir pilləkənlə qalxa bilər. İkinəfərlik nömrədə 2 nəfər üçün çarpayı, kiçik mətbəx, vanna otağı, hətta qonaq qəbul etmək üçün məkan da nəzərdə tutulub.


Tags:  Ağacda nəfərlik otel


RƏYLƏR


Top news