Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İçərişəhərdə orijinal Yeni il yolkası

İçərişəhərdə orijinal Yeni il yolkası

Date: 26 December 2015 14:24

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ənənəsinə sadiq qalaraq bu il də Qız Qalası yaxınlığında Yeni il bayramı ərəfəsində qeyri-adiliyi və orijinallığı ilə seçilən möhtəşəm art-yolka quraşdırıb.

Lent.az-ın məlumatına görə, bu ilki instalyasiyanın süjeti İçərişəhərin əsas tarix-memarlıq abidələrinin və milli folklor motivlərinin yeni il tematikası ilə harmonik ahəngindən ibarətdir. İnstallyasiyanın orijinallığını artıran cəhətlərdən biri isə xüsusi işıqların köməyi ilə yağan qar effektinin yaradılmasıdır.

İdarə şəhərimizin sakinlərini və qonaqlarını qarşıdan gələn Yeni il bayram günlərində bir daha İçərişəhərə dəvət edərək onun qədim küçələri və çoxsaylı muzeylərini ziyarət etməyə tövsiyə edir.

Milli tarix və mədəniyyətimizin qədim xəzinəsi olan İçərişəhərlə daha bir görüş sizdə və yaxınlarınızda ən xoş təəssüratlar yaradacaq.

 



Tags:  İçərişəhərdə orijinal Yeni il yolkası

RƏYLƏR


Top news