Bakıda hələ belə yolka görməmişdiniz (FOTO)

14:36 26 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda qeyri-adi yeni il yolkası quraşdırılıb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, yolka İçərişəhər ərazisində, Qız Qalasının yanındadır.

Möhtəşəm art-yolka qeyri-adiliyi və orijinallığı ilə seçilir.

Bu ilki instalyasiyanın süjeti İçərişəhərin əsas tarix-memarlıq abidələrinin və milli folklor motivlərinin yeni il tematikası ilə harmonik ahəngindən ibarətdir. İnstallyasiyanın orijinallığını artıran cəhətlərdən biri isə xüsusi işıqların köməyi ilə yağan qar effektinin yaradılmasıdır.



İdarə şəhər sakinlərini və qonaqlarını qarşıdan gələn Yeni il bayram günlərində bir daha İçərişəhərə dəvət edərək onun qədim küçələri və çoxsaylı muzeylərini ziyarət etməyə tövsiyə edir. Milli tarix və mədəniyyətimizin qədim xəzinəsi olan İçərişəhərlə daha bir görüş sizdə və yaxınlarınızda ən xoş təəssüratlar yaradacaq.



Yeni il münasibəti ilə Bakının müxtəlif yerlərində yolkalar qurulub. Bunlardan ən böyüyü Azadlıq meydanında - Hökumət evinin qarşısındadır. Yolkanın hündürlüyü 20 metrə çatır. Maraqlı görünüşü ilə seçilənlərdən biri də Azadlıq meydanındadır.

Ümumilikdə isə şəhərin mərkəzində 10-a yaxın yolka qurulub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=368238

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR