Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda hələ də qadın çantası oğurlayanlar var

Bakıda hələ də qadın çantası oğurlayanlar var

Astarada qadının içində pul olan çantası oğurlanıb (13 Fevral 2017 12:22)

Tarix: 26 Dekabr 2015 14:43

Bakı. Trend:

Bakıda qadının çantasını almağa cəhd göstərmiş şəxs tutulub.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, dekabrın 25-də paytaxtın Nəsimi rayonunda yerləşən parkların birində naməlum şəxs Bakı şəhər sakini Kübra Hüseynovanın çantasını almağa cəhd göstərib, istədiyinə nail ola bilmədiyindən bıçaqla hədələyib və təpiklə vuraraq hadisə yerini tərk edib.

Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş, əvvəllər məhkum olunmuş Coşqun Nağıyev tutulub.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Bakıda hələ qadın çantası oğurlayanlar var



RƏYLƏR


Top xəbərlər