Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Riyaziyyat” dərslik dəstinin müzakirəsi aparılacaq

“Riyaziyyat” dərslik dəstinin müzakirəsi aparılacaq

Date: 26 December 2015 14:48


Bakı, 26 dekabr, AZƏRTAC 
Riyaziyyat fənni üzrə seminarda 2015-ci ildə ali təhsil müəssisələrinə üçüncü ixtisas qrupu üzrə qəbul imtahanında istifadə olunmuş müvafiq test tapşırıqlarının elmi-metodiki baxımdan müzakirəsi aparılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, tədbirdə Bakı şəhərinin tam orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər iştirak edib, həmçinin “Skype” proqramı vasitəsilə TQDK-nın regional bölmələrində həmin bölgələri təmsil edən fənn müəllimləri ilə bağlantı qurulub.
Test tapşırıqları (A variantı, 40-50 saylı, B variantı, 35, 37, 38, 40, 42, 44, 45, 47-50 saylı) imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəricilərinə görə təhlil edilib.
Çıxış edən müəllim və metodistlər fikirlərini diqqətə çatdırıb, təkliflər verilib.
Üçüncü ixtisas qrupu üzrə qəbul imtahanında riyaziyyat fənnindən istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili başa çatıb. Abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri bəzi test tapşırıqlarının izahına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalında dərc ediləcək.
2016-cı il yanvarın 15-də yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış VIII sinif “Riyaziyyat” dərslik dəstinin müzakirəsi aparılacaq.


Tags:  Riyaziyyat dərslik dəstinin müzakirəsi aparılacaq


RƏYLƏR


Top news