Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Premyer Liqa onluq deyil"

"Premyer Liqa onluq deyil"

Date: 26 December 2015 14:52

"Liverpul"un son transferi serbiyalı futbolçu Marko Qruşiçin atası oğlunun İngiltərəyə getməsini istəmir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Markonun atası Qoran Qruşiç klubun maliyyə problemlərini məhz oğlunun transferi üzərindən həll etməsindən narazıdır: "İmkan vermərəm ki, kimsə oğlumun həyatını məhv etsin. Klubda işləyənlər pulsuz qalıb. İndi də vəziyyətdən çıxış yolunu oğlumun satılmasında görürlər. Ona güclü təzyiq göstərirlər. Az qala gündə 10 dəfə zəng edirlər və "Liverpul"la müqaviləyə qol çəkməsi üçün dilə tuturlar.

Paltardəyişmə otağında da oğluma təzyiqlər var. Mən də Markonun pasportunu özümdə saxlayıram. Buradan da elan edirəm ki, oğlum heç yerə getməyəcək. O, yeniyetmələr arasında dünya çempionudur və hazırda "Srvena Zvezda"yla ölkə çempionluğuna doğru addımlayır. Nə üçün oğlumu "Liverpul"da görmək istəmirəm? Çünki bizim gənc futbolçularımız orada möhkəmlənə bilmirlər: Corcoviç, Velkoviç, Toşiç, Markoviç, Pantiç... Yenə sayım? Oğlumun İngiltərədə oynamaq gücündə olduğunu da bilirəm. Ancaq hazırda Premyer Liqa onluq deyil".

Milli.Az


Tags:  Premyer Liqa onluq deyil

RƏYLƏR


Top news