Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qara Qarayevin oynayacağı türk klubu müəyyənləşdi

Qara Qarayevin oynayacağı türk klubu müəyyənləşdi

Date: 26 December 2015 14:57

Millimizin və "Qarabağ"ın dayaq yarımmüdafiəçisi Qara Qarayevin klubundan ayrılacağını və Türkiyədə oynayacağını xəbər vermişdik. Artıq 23 yaşlı futbolçumuzun hansı klubda oynayacağını artıq müəyyənləşib.


Belə ki, Qara Super Liqada çıxış edən "Mersin İdman Yurdu"na keçir. Onu baş məşqçi Bülənt Korkmaz bilavasitə komandasında görmək istəyir. 


Xatırladaq ki, "Qalatasaray"ın əfsanəvi kapitanı olmuş Korkmaz 2009/10 mövsümündə "Bakı" klubunu çalışdırıb və o vaxtdan Qaranın oyununa bələddı.


Bundan başqa, menecerlər "Sumqayıt"ın əvəzedici komandasının hücumçusu Tural Rzayevin də "Mersin İdman Yurdu"na keçidini təmin etməyə çalışır.


Qeyd edək ki, "Qarabağ"ın müdafiəçisi İlqar Qurbanovun 2010/11 mövsümündə çıxış etdiyi "Mersin İdman Yurdu" hazırda Super Liqada yaxşı günlərini yaşamır. Bu komanda turnir cədvəlindəki son duruma əsasən 10 xalla 17-ci pillədə qərarlaşıb.(qaynar.info)


Fanat.az


Tags:  Qara Qarayevin oynayacağı türk klubu müəyyənləşdi

RƏYLƏR


Top news