Aktauda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Aktauda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
14:58 26 Dekabr 2015
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Baş konsulluqdan Trend-ə verilən məlumata görə, tədbirdə Türkiyənin Aktau şəhərindəki baş konsulu Korxan Küngerü və konsulluğun əməkdaşları, Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin üzvləri, türk, ləzgi və udin diasporlarının üzvləri, “Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası”nın (ABİA) üzvləri, ictimaiyyət nümayəndələri, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri, azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirik açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciəti oxunub. Sonra Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən elan edilmiş və dünyanın müxtəlif ölkələrində yaşayan çox saylı azərbaycanlıları birləşdirən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında məlumat verdi. O, müasir dövrdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi respublikamızın xarici siyasəti və qazandığı nailiyyətlərdən danışaraq, xaricdə yaşayan azərbaycanlılara Azərbaycan hakimiyyətinin dövlət qayğısından söhbət açdı.

Daha sonra azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin sədri Vaqif Nəbiyev, istefada olan mayor Bəxtiyar Məsimov, Ş.Yesenov adına Kaspiy Dövlət Texnologiya və Mühəndislik Universitetində fəaliyyət göstərən “Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi”nin sədri Zakir Əkbərov, Türkiyənin Aktau şəhərindəki baş konsulu K.Küngerü çıxışlar ediblər. Natiqlər 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyəti, müasir dövrdə Ermənistanın Azərbaycana qarşı davam etməkdə olan təcavüzü şəraitində azərbaycanlıların daha sıx birləşməsinin vacibliyindən danışdılar.

Çıxışlardan sonra Aktau şəhərində təhsil alan azərbaycanlı tələbər, Aktau şəhərinin 6 saylı məktəbində fəaliyyət göstərən Azərbaycan dilini, ədəbiyyatını və tarixini tədris edən Bazar günü məktəbinin şagirdləri və azərbaycanlı musiqiçilər tərəfindən Azərbaycana həsr olunmuş şeirlər səsləndirilib, musiqilər ifa olunub.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2474575.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR