Evlənmək istəyən 40 cütlükdə xəstəlik tapılıb - Azərbaycanda

Evlənmək istəyən 40 cütlükdə xəstəlik tapılıb - Azərbaycanda
15:01 26 Dekabr 2015
39 Şou
Ölkə mətbuatı
A- A+

“Nikaha daxil olanların tibbi müayinəsi talassemiyanın profilaktikası baxımından çox böyük əhəmiyyət kəsb edir. İyun ayının 1-dən artıq 82 minə yaxın insanın qan nümunəsi müayinə olunub”.
 
Axşam.az-ın APA-ya istinadən məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib.

O deyib ki, 5500 nəfərdə talassemiya daşıyıcısı, 53 nəfərdə QİCS, 320 nəfərdə sifilis xəstəliyi aşkar edilib:

“Müayinə olunan 40 cütlükdə (hər iki şəxsdə) xəstəlik aşkar edilib. Onlara lazımı tibbi-genetik məsləhətlər və sonrakı müayinələr haqqında ətraflı məlumat verilib. Talassemiya daşıyıcısı olan evlənmiş cütlüklərdən birində - hamilə qadından Azərbaycanda ilk dəfə bətndaxili diaqnostika məqsədilə punktat götürülüb və müayinəyə göndərilib”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43215

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR