Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qardaşım oğlu biqeyrətin biridir" - "Ciyər axşamı"nda qətl törədənin əmisi - VİDEO - FOTO

"Qardaşım oğlu biqeyrətin biridir" - "Ciyər axşamı"nda qətl törədənin əmisi - VİDEO - FOTO

Date: 26 December 2015 15:05

Abşeron rayonunda qətl hadisəsi törədilib. Toydan bir gün əvvəl təşkil olunan qonaqlıqda qohumlar arasında düşən mübahisə bir nəfərin ölümünə səbəb olub. Hadisə Abşeron rayonu, Saray qəsəbəsində, Rövşən Nəbiyev küçəsi, 23 ünvanında qeydə alınıb. Belə ki, xeyir işə hazırlaşan Ağayevlər ailəsi toydan bir gün əvvəl yaxınları üçün "ciyər axşamı" məclisi təşkil ediblər. Məclisdə iştirak edən ev sahibi Seyran Ağayevin qardaşı oğlu, əvvəllər məhkum olunmuş Arif Ağayev digər qohumu ilə mübahisə edib. Mübahisə zəminində Arif Ağayev bıçaqla qohumunu vurmaq istəyəndə 45 yaşlı Əlibaba Məmmədov onları ayırmaq istəyib. Bu zaman bıçaq Əlibabanın sinəsinə dəyib. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, ailəsində təşkil olunan toy məclisinin yasa çevrildiyini deyən Seyran Ağayev baş verən hadisənin ona həm mənəvi, həm də maddi cəhətdən zərbə vurduğunu bildirib:

"Vuranın biri mənim qardaşım oğludur. Özü də nanəcibin, biqeyrətin biridir. Bununla 3-cü əməlidir artıq. Vurulanın qaynı stəkanı götürüb çırpıb onun başına. Qaçmaq istəyəndə yeznəsi özünü verib qabağa, bıçaq da dəyib ona".

Cinayəti törətməkdə şübhəli bilinən Arif Ağayevə gəlincə o, Əlibala Məmmədovun öldüyünü görəndən sonra hadisə yerini tərk etdib. 

Abşeron rayon Polis İdarəsinin əməliyyatçıları cinayəti törədən şəxsin yerinin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər. 

Milli.Az


Tags:  Qardaşım oğlu biqeyrətin biridir Ciyər axşamında qətl törədənin əmisi VİDEO FOTO


RƏYLƏR


Top news