Mer cipini traktorla əvəz etdi (FOTO,VİDEO)

Mer cipini traktorla əvəz etdi (FOTO,VİDEO)
15:16 26 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Kiyev şəhərinin meri Vitali Kliçko öz cipini qartəmizləyən traktorla əvəz edib.

ANS PRESS-in məlumatına görə, şəhər meri qartəmizləyən texnikanı ilk olaraq özü sınaqdan keçirib. Ukraynada qış fəsli ilə əlaqədar havaların soyuq keçməsi küçələrdə bir sıra problemlər yaradıb. Bununla əlaqədar küçələrdən qarı təmizləmək üçün Belarusdan Kiyevə 30 ədəd qartəmizləyən traktor gətirib.

Boks üzrə sabiq dünya çempionu çətinliklə traktorun kabinəsində əyləşib. O, əvvəlcə traktorun necə idarə edilməli olduğunu anlaya, traktoru ilk cəhddən işə sala bilməyib.

Amma sonra o nəqliyyat vasitəsini yerindən tərpədə bilib və ərazidə bir dairə də vurub.


Vitali Kliçkonun traktoru idarə etməyə çalışması

Prezident vurğulayıb ki, gətirilən bu 30 maşın bundan sonra yol kənarlarında əllərində süpürgə, şotka və bel ilə küçə təmizləyən 50-yə yaxın insanı əvəz edəcək. Amma hal-hazırda Kiyevdə havalar mülayim keçdiyindən bu nəqliyyat vasitələrinə ehtiyac yoxdur.


Vitali Kliçkobub traktor idarə etməsi

Bu ilin oktyabrın 23-də isə Rusiya prezidenti Vladimir Putin də öz maşınını dəyişmişdi. O, "Lada-Vesta" avtomobilini sınaqdan keçirib. Dövlət başçısıValday klubunun görüşünə "Lada-Vesta" avtomobilində gəlib.


Putinin idarə etdiyi "Lada-Vesta"

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368239

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR