​“KamAZ” markalı avtomobili qaçırmaq istəyən şəxs tutulub

​“KamAZ” markalı avtomobili qaçırmaq istəyən şəxs tutulub
15:17 26 Dekabr 2015
24 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 26 dekabr. REPORT.AZ/ Dekabrın 24-də Qaradağ rayonunun Səngəçal qəsəbəsindən Şirvan şəhər sakini Sabir Sultanova məxsus “KamAZ” markalı avtomobilin qaçırılmasına cəhd göstərilib. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Hadisəni törətməyə cəhd göstərən həmin şəxs S.Sultanov tərəfindən tutularaq polis əməkdaşlarına təhvil verilib. Onun Bakı şəhər sakini Taleh Axundov olması müəyyən edilib.
Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/kamaz-markali-avtomobili-qacirmaq-isteyen-sexs-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR