Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya Banqladeşdə iki atom elektrik stansiyası inşa edəcək

Rusiya Banqladeşdə iki atom elektrik stansiyası inşa edəcək

Date: 26 December 2015 15:18


Bakı, 26 dekabr, AZƏRTAC
Rusiya Banqladeşlə bu ölkədə iki atom elektrik stansiyası (AES) tikmək barəsində razılığa gəlib.
AZƏRTAC utro.ru saytına istinadla xəbər verir ki, iki AES-in ümumi dəyəri 12 milyard 650 milyon dollar təşkil edəcək. Rusiya bu məbləğin 90 faizini kredit qismində ayıracaq. Kredit 10 illik güzəştlə 28 il müddətinə veriləcək. Bu barədə Banqladeşin Elm və Texnologiya Nazirliyinin nümayəndəsi Kamrul İslam Bxiyan deyib.
İlk AES-in birinci blokunun 2022-cı ildə, ikinci stansiyanın birinci blokunun isə 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır.

Tags:  Rusiya Banqladeşdə iki atom elektrik stansiyası inşa edəcək


RƏYLƏR


Top news