Bakı polisi qardaşını öldürən şəxsi tutdu

Bakı polisi qardaşını öldürən şəxsi tutdu
15:22 26 Dekabr 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Ailə-məişət münaqişəsi zəminində qardaşının ölümünə səbəb olmuş paytaxt sakini Elxan Həbibov tutulub. Milli.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dekabrın 25-də Nərimanov rayonu ərazisində paytaxt sakini, əvvəllər məhkum olunmuş Elxan Həbibov ailə-məişət münaqişəsi zəminində qardaşı, əvvəllər məhkum olunmuş Əbülfətə bıçaqla xəsarət yetirib. Əbülfət xəstəxanaya aparılarkən yolda ölüb.

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Həbibov tutulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/393333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR