Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Tacikistana humanitar yardım göndərir

Azərbaycan Tacikistana humanitar yardım göndərir

Date: 26 December 2015 15:29

Azərbaycan Prezidentinin tapşırığı ilə Tacikistanda baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım göndəriləcək.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin ( FHN) saytına istinadən məlumatına görə, dekabrın 7-də Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin ərazisində baş vermiş təbii fəlakətlə əlaqədar humanitar yardım göstərilməsi üçün Tacikistan Hökuməti Azərbaycan Hökumətinə müraciət edib.

Bununla əlaqədar prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Hökuməti adından Fövqəladə Hallar Nazirliyi hazırda təbii fəlakət zonasına 800 min manat həcmində humanitar yardımın göndərilməsi üçün hazırlıq işləri görür.

 

 

 


Tags:  Azərbaycan Tacikistana humanitar yardım göndərir

RƏYLƏR


Top news