İqtisadiyyat və Sənaye Nazirliyi qüvvədə olan lisenziyaları müddətsiz edib

15:32 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Məlumata əsasən, fərmana uyğun olaraq lisenziya verən dövlət orqanları tərəfindən lisenziya sahiblərinin müraciətləri əsasında qüvvədə olan lisenziyaların müddətsiz lisenziyalarla əvəz olunması təmin edilir.
Qurumun yaydığı məlumatda deyilir ki, bununla əlaqədar dövlət rüsumu tələb olunmur.
Müddətli lisenziyaların müddətsiz lisenziyalarla əvəz olunması üçün sahibkarlıq fəaliyyətini həyata keçirdiyiniz inzibati ərazi vahidinin əhatə olunduğu "ASAN xidmət" mərkəzlərinə, dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar isə lisenziya verən mərkəzi icra hakimiyyəti orqanlarına müraciət (ərizəyə lisenziyanın əsli əlavə olunmaqla) edilməlidir.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/i-qtisadiyyat-ve-senaye-nazirliyi-quvvede-olan-lisenziyalari-muddetsiz-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR