Kapello: "O, ən yaxşı hücumçulardan biridi"

"Real"ın sabiq baş məşqçisi Fabio Kapello sabiq yetirməsi, hazırda "Napoli"də çıxış edən Qonsalo İquain haqda fikirlərini bölüşüb:

"Real"da olarkən İquaini mən istəmişdim. 18 yaşı olmasına baxmayaraq, çox güclü görünürdü. O, əla futbolçudu, ən yaxşı hücumçulardan biridi.

Ondan bütün lazımı keyfiyyətlər var: güc, inad, dəqiqlik. O, irəliyə doğru böyük addım atdı. İquain indi daha da aqressiv oynayır, çünki komanda ilə uğur qazanmaq istəyir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR