Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"İnter" braziliyalı futbolçusu ilə yollarını ayırır

"İnter" braziliyalı futbolçusu ilə yollarını ayırır

Date: 26 December 2015 15:39

Yeni rəhbərliyin gəlişindən sonra bir neçə futbolçu ilə yollarını ayıran Bakının "İnter" klubu daha bir futbolçu ilə vidalaşacaq. Metbuat.az report.az-a istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Dieqo Martinslə yollar ayrılacaq.

Buna səbəb 27 yaşlı futbolçunun xarici klubların birindən daha yaxşı təklif almasıdır. Artıq Martins paytaxt klubunun rəhbərliyi ilə bu məsələdə danışıb və razılıq əldə olunub. Hazırda rəhbərliyin bütün məqsədi qapıçı Səlahət Ağayevi komandada saxlamaqdır. İlk görüşdə razılıq əldə olunmasa da, rəhbərlik və qapıçı arasında keçiriləcək növbəti görüşdə bütün məsələlər aydın olacaq. Ağayevlə danışıqlar müsbət nəticələnməsə, "bankirlər"in Kamran AğayevOrxan Sadıqlı ilə danışıqlara start verməsi istisna olunmur.

Bakı təmsilçisi eyni zamanda "Qəbələ"dən ayrılan Vüqar Nadirovla da danışıqlar aparır. Hələ ki, tərəflər arasında ilkin razılaşma əldə olunub və son dəqiqədə hər hansı bir roblem yaranmasa, 28 yaşlı hücumçu yanvardan "bankirlər"in düşərgəsində olacaq. Üstəlik, komandaya legioner futbolçuların da transfer edilməsi planlaşdırılır. Dayaq və cinah yarımmüdafiəçisi və hücumçu axtarışlarına başlayan klub Braziliya və İspaniyadan olan futbolçularla danışıqlar aparır.

Qeyd edək ki, buna qədər Abdulla Abatsiyev, İvan Benites, Xuan Fransisko, Emilian Vila Stepan Polyak "İnter"lə yollarını ayırıb.


Tags:  İnter Dieqo Martins


RƏYLƏR


Top news