Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Maşınımı satdım, 100 min xərclədim" - Oksana

"Maşınımı satdım, 100 min xərclədim"  -  Oksana

Date: 26 December 2015 16:01

Rəqqasə Oksana Rəsulova sahibi olduğu “Oksimed” prodakşında lentə alınan “Şər qarışanda” filminə xərclədiyi məbləği açıqlayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Star life” verilişinə açıqlamasında bunun üçün avtomobilini də satdığını deyib:

“Bu filmə görə maşınımı satdım. Bahalı maşın idi. Əvəzinə başqasını aldım, qalan pulu da filmə xərclədim. Bura qədər nə qazanmışdımsa, müəyyən hissəsini də ekran işinə qoydum. Çox çətin idi. Bu filmə çox inandığım üçün dişimlə, dırnağımla qazandığımı ona yatırdım. Yüz mindən çox pul xərclədim”.

Qeyd edək ki, martın 3-də təqdim olunacaq filmdə Oksananın özü ilə yanaşı müğənni İlhamə Qasımova, aparıcılar Şəhriyar Əbilov və Kəmalə Piriyeva çəkilib.

Tags:  Maşınımı satdım 100 min xərclədim Oksana

RƏYLƏR


Top news