Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

BAXCP Ali Məclisinin sessiyası keçirilib

BAXCP Ali Məclisinin sessiyası keçirilib

Date: 26 December 2015 16:04

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib.

Lent.az-ın məlumatına görə, sessiyada son parlament seçkilərinin nəticələri, partiyanın yeni gerbi ilə bağlı layihə və təşkilat məsələləri müzakirə olunub.

Əvvəlcə Ali Məclisin sədri Teyyub Qənioğlu BAXCP-nin Avropa Mühafizəkarlar və İslahatçılar Alyansına üzvlüyü, seçkilərdə iştirakı və partiya həyatı ilə bağlı olan digər məsələlər barədə məlumat verib.

Daha sonra BAXCP-nin Baş katibi Söhrab Abdullayevin partiyanın parlament seçkilərində iştirakı ilə bağlı hesabatı dinlənilib və qənaətbəxş hesab edilib.

BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli partiyanın Avropa Mühafizəkarlar və İslahatçılar Alyansına üzvlüyü ilə bağlı Ali Məclis üzvlərini məlumatlandırıb və bunun hər bir partiya üzvünün həyatında mühüm hadisə olduğunu bildirib.

BAXCP-nin yeni gerbinin nümunəsini Ali Məclis üzvlərinə təqdim edən E. Mirzəbəyli layihənin İdarə Heyətində dəfələrlə müzakirə olunduğunu və ictimaiyyət tərəfindən maraqla qarşılandığını xatırladıb. E. Mirzəbəyli partiyanın yeni rəmzinin Azərbaycan Səfəvilər Dövlətinin gerbi əsasında hazırlandığını vurğulayıb və qeyd edib ki, BAXCP-nin nizamnaməsinin tələblərinə görə gerb haqqında yekun qərar yalnız partiyanın qurultayında verilə bilər.

Ali Məclis gerblə bağlı müzakirələrin davam etdirilməsini və İdarə Heyəti tərəfindən təqdim olunan layihənin BAXCP-nin növbəti qurultayının müzakirəsinə çıxarılmasını məqsədəuyğun sayıb.

Gerblə bağlı müzakirələrdən sonra BAXCP sədrinin Dünya Azərbaycanlıları və türk dünyası ilə əlaqələr üzrə müavini Yaşar Kələntərli fəaliyyət istiqamətinə aid olan məsələlər və görülən işlər barədə məlumat verib.

Sonda BAXCP Ali Məclisi öz işini təşkilat məsələləri ilə bağlı müzakirələrlə davam etdirib.

 








Tags:  BAXCP Ali Məclisinin sessiyası keçirilib

RƏYLƏR


Top news