Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tibb elminin son yenilikləri ölkəmizdə də uğurla tətbiq olunur

Tibb elminin son yenilikləri ölkəmizdə də uğurla tətbiq olunur

Date: 26 December 2015 16:08


Bakı, 26 dekabr, AZƏRTAC 
Tibbin inkişafını daim yenilənən tibbi avadanlıqlar olmadan təsəvvür etmək mümkün deyil. Bu gün ölkənin bütün tibb müəssisələri müxtəlif profilli, ən son texnoloji tələblərə cavab avadanlıqlarla təmin olunub. Bunlardan biri də Respublika Diaqnostika Mərkəzində istifadə olunan “VisuMax” aparatıdır.
Səhiyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu avadanlıq müxtəlif göz qüsurları, görmə qabiliyyətinin tam və ya nisbətən itirilməsinin aradan qaldırılmasında, müxtəlif əməliyyatlarının icrasında əvəzsizdir. Avadanlıqla peşəkar mütəxəssislər tərəfindən göz toxumalarına toxunmadan əməliyyatların daha risksiz, sonradan ağırlaşmalar və fəsadlar olmadan həyata keçirilməsi mümkündür.
Oftalmologiya sahəsinin ən son yeniliklərindən olan “VisuMax” invaziv qaydada (keyhole üsulu) göz və görmə qüsurlarını aradan qaldırır. Bu innovativ metod bir çox üstünlüklərə malikdir; buynuz qişası zədələnmir, yüksək dəqiqlikli stabil nəticə verir.

Tags:  Tibb elminin son yenilikləri ölkəmizdə uğurla tətbiq olunur


RƏYLƏR


Top news