Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şamaxı-İsmayıllı, Abşeron arxipelaqı və Orta Xəzər potensial seysmik risk zonaları kimi proqnozlaşdırılır

Şamaxı-İsmayıllı, Abşeron arxipelaqı və Orta Xəzər potensial seysmik risk zonaları kimi proqnozlaşdırılır

Date: 26 December 2015 16:08


Bakı, 26 dekabr, AZƏRTAC
Noyabr ayının sonunda Azərbaycan ərazisi və ona qonşu seysmoaktiv zonaların seysmogeodinamik şəraitində ciddi dəyişikliklər müşahidə olunmayıb. Regional planda respublika ərazisi tamamilə sıxılma gərginlik-deformasiya proseslərinin təsiri altında olub. Nisbətən intensiv geodinamik proseslər Şamaxı-İsmayıllı, Abşeron periklinalı, Gəncə və Mərkəzi Xəzər seysmoaktiv zonalarında qeydə alınıb.
AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) bülleteninə istinadla xəbər verir ki, regional planda respublika ərazisi tamamilə sıxılma gərginlik-deformasiya proseslərinin təsiri altında olub. Nisbətən intensiv geodinamik proseslər Şamaxı-İsmayıllı, Abşeron periklinalı, Gəncə və Mərkəzi Xəzər seysmoaktiv zonalarında qeydə alınıb. Seysmohidrogeodeformasiya xəritə-sxemindən göründüyü kimi, gərginliyin maksimal qiyməti Abşeron-Balxanyanı qırışıqlıq sisteminə uyğun gəlir. Lokal strukturlar Mahaçqala-Türkmənbaşı, Goradil, Şərqi Qobustan və Arpaçay-Samur istiqamətli tektonik pozulmalar boyu formalaşıb ki, bu da geodinamik proseslərin tangensial yan basqı xüsusiyyətlərindən irəli gəlir. Hər 4 struktur üzrə gərginliyin qiyməti kritik səviyyədən kiçik olsa da, burada zəif intensivlikli klassik təkanların baş vermə ehtimalı qalır.
Bülletendə bildirilir ki, ötən ayın sonunda yeni formalaşan geodinamik şəraitin inkişaf dinamikası Abşeron periklinalı, Şamaxı-İsmayıllı və Mərkəzi Xəzər seysmoaktiv zonalarında seysmik riskin yüksək olmasını şərtləndirir. Respublika ərazisində Şamaxı-İsmayıllı, Abşeron arxipelaqı və Orta Xəzər seysmogen zonallıqları potensial seysmik risk zonası kimi proqnozlaşdırılır.

Tags:  Şamaxı-İsmayıllı Abşeron arxipelaqı Orta Xəzər potensial seysmik risk zonaları proqnozlaşdırılır



RƏYLƏR


Top news