Tahir İmanovun xanımı tanınmış modeldir

Tahir İmanovun xanımı tanınmış modeldir
16:09 26 Dekabr 2015
332 Şou
Ölkə mətbuatı
A- A+

Ötən gün "JW Marriott Absheron" otelində əməkdar artist Tahir İmanovun toyu olub. 

Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, aktyorun ailə qurduğu xanım tanınmış model Nigar Əliyevadır. 

Nigar 1991-ci il sentyabrın 22-də Mingəçevir şəhərində anadan olub. 2008-ci ildə "Best Model Azerbaijan" müsabiqəsində "Miss Grace" nominasiyasına layiq görülüb. 2010-cu ildə “Best Model Azerbaijan” müsabiqəsində 2-ci yerə çıxıb və “Miss Xəzər” nominasiyasını qazanıb. 2011-ci ildə "Qaranlıqlar çiçəyi" filmində çəkilib. 

Qeyd edək ki, toy mərasiminə ölkə başçısı İlham Əliyevin qızı Leyla Əliyeva, müğənni Emin Ağalarov və bir çox tanınmış simalar qatılıblar.

Məclisi müğənni Elton Hüseynəliyev idarə edib.

Allah xoşbəxt etsin!







Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226707

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR