Başıbağlı türk qızın FOTOsu gündəm oldu

Başıbağlı türk qızın FOTOsu gündəm oldu
16:17 26 Dekabr 2015
167 Maraqlı
Ölkə mətbuatı
A- A+

Əslən türk olan 17 yaşlı başıbağlı qızın Hollandiyada yayılan fotosu sosial mediada gündəmdə olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Laydendə "hardcore punk" konsertində seyrçilərin arasına atlayan qızın əllər üzərindəki görüntüsü geniş müzakirə açıb.

Fotonun müəllifi Jan Rijk "milləti nə olursa, olsun, musiqi insanları yaxınlaşdırır" deyib. O, gənc qızın fotonu gördükdən sonra onu taparaq şəklinin geniş kütləyə yayılmasına görə təşəkkür etdiyini bildirib.

Lakin qız bundan nə qədər məmnun olsa da, ailəsində fotonun o qədər də xoş qarşılana bilməyəcəyini, anasının ona konsert qadağası qoya biləcəyini etiraf edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/393306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR