Keylor Navas: "İrəlidə bizi nələrin gözlədiyini yaxşı bilirik"

"Real"ın qolkiperi Keylor Navas "Goal"a açıqlamasında Madrid klubunun qələbəyə kökləndiyini bildirib:

"İrəlidə bizi nələrin gözlədiyini yaxşı bilirik. Hər gün daha da yaxşıya doğru gedirik.

Bəzi oyunlarda bizdə alınmır. Amma doğru yolda olduğumuzdan əminəm. Mövsüm sonunda azarkeşlər bizimlə fəxr edəcəklər.

Gözlənilən kimi, biz bütün kuboklar uğrunda sona qədər mübarizə aparacağıq. Sadəcə qələbəyə köklənmişik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR