Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dmitri Bezotosnı: Qriqorçukla belə qərara gəldik ki..." (Müsahibə)

Dmitri Bezotosnı: Qriqorçukla belə qərara gəldik ki..." (Müsahibə)

Date: 26 December 2015 16:23

“Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı Ukrayna mətbuatına müsahibə verib. Metbuat.az apasport.az-a istinadən məlumat verir ki, təcrübəli əlcək ustası Azərbaycana gəlişindən, Avropa Liqasının qrup mərhələsinə düşməsindən və Qəbələdəki həyatından danışıb:

- Yadınızdadısa, ilin əvvəlində xahiş etmişdiz ki, müsahibədə “Qəbələ”yə mümkün keçidiniz haqda heç bir sual olmasın? Lakin son nəticədə bu klubda peyda olduz. Özünüzü gözə gətirməkdən qorxurduz?

- Elə deməzdim. Sadəcə, o vaxtı hələ bilmirdim ki, necə olacaq. Məndən gəlməyi xahiş etmişdilər. Qərar isə yerində verilməli idi. Qəbələyə yollanıb, şəraitlə tanış olmalı idim. Onlarsa məni canlı sınamaq arzusundaydılar. Yəni xaricə gedəndə 100 faiz əmin deyildim ki, müqaviləyə imza atacam. Buna görə yanvarda “Qəbələ” haqda sual verdikdə, hadisələri qabaqlamaq istəmirdim. Bu cür məlumatı sənədlərə qol çəkildikdən sonra açıqlamaq olar. Bunsuz isə danışmağın mənası yoxdu.

- Deyəsən, Azərbaycana köçmək Roman Qriqorçukla əməkdaşlıq və yaxşı şəraitlə sizi cəlb etmişdi...

- İlk növbədə belədi. Ukrayna ona görə sərf etmirdi ki, heç bir real təklif yox idi. Mənim karyeramla məşğul olan agentlər konkret nəsə demirdilər. “Bəlkə ora gedəsən, bəlkə bura” kimi sözlər eşidirdim. Görürdüm ki, menecerlərin işi nəsə anlaşılmazdı. Bu səbəbdən qərara aldım ki, bilinməyən yerə getmək istəmirəm. Üstəlik, Ukraynada heç bir variant yox idi. Beləliklə, Qriqorçukun təklifini qəbul etdim. Vaxt yox idi, yanvar idi. Komandalar toplanışa başlamışdılar. Azərbaycanda isə bir qədər sonra çempionat bərpa olunmalı idi.

- Mövsümün sonuna kimi 15 oyun keçirdiz. Klub isə çempionatın bürünc medallarını qazandı. Bu nəticələri necə qiymətləndirirsiz?

- Başa düşün, biz uzun müddətli müqavilə imzalamamışdıq. Ona görə də ora sırf tapşırıq yerinə yetirməyə gəlmişdik. İlk vaxtlarda rəhbərliklə yarım illik müqaviləni razılaşdırmışdım. Burada hər şey məni qane edirdi. Çünki yeni bir ölkəyə gəlmişdim. Görürdüm ki, komanda neçənci yerdə gedir. Qriqorçukla danışdım və belə qərara gəldik ki, ikitərəfli razılıq əsasında tərəfdaşlıq edəcəyik. Nə klub məndən, nə də mən ondan dişimlə yapışmayacam. Çox istəyirdim ki, yenidən Avropa Liqasında çıxış edim.

- Karyerası ərzində vətəndə oynayan adam üçün ölkə xaricində çıxış etmək çətindi?

- Yox, həmişə vətəndə oynamamışam. Ramenskoyedə çıxış etmişəm, ona görə xaricdə oynamağın nə olduğunu bilirəm.

- Bu mövsüm “Qəbələ” ilk dəfə Avropa Liqasının qrup mərhələsinə qədər irəlilədi. Bu klub üçün nə demək idi?

- Bəli, əvvəl klub I təsnifat mərhələsini də keçə bilməyib. Komanda rəhbərliyi bunu xatırladaraq, hər mərhələ keçdikcə bizi tərifləyirdi. Onlar paltar dəyişmə otağına gəlirdilər. Biz görürdük ki, prezident və azarkeşlər komandanı avrokubokda görməyi çox arzulayırlar. Fikrimcə, bu klub üçün mühüm hadisə idi. Bəlkə də, Avropa Liqasının qrup mərhələsinə çıxmaqla biz bir neçə pillə irəli tullandıq.

- Yaxın vaxtlara kimi sizin “quru seriya”nız 729 dəqiqə təşkil edirdi. Karyeranızda belə hal müşahidə olunmuşdu?

- Açığını desəm, buna fikir vermirdim. Lakin zədələnəndə eşitdim ki, mənim uzunmüddətli “quru seriyam” başa çatdı. Mənim əsas işim isə oynamaqdı.

- “Qəbələ”də qalmaq fikriniz varmı?

- Bəli, hələ müqaviləm davam edir. Yayda 1 mövsümlük müqavilə bağlamışıq.

- Qəbələdəki həyatınız barədə nə deyə bilərsiz?

- İndiki həyatımı belə ifadə edə bilərəm: otel, məşqlər, otel və oyunlar. Bütün vaxtımı futbola həsr edirəm. Başqa heç bir əyləncə yoxdu. Yalnız dağlara gedib, təmiz hava udmaq olar. Sonra isə yenidən otelə qayıdırsan. Başqa fikirsə adamın ağlına belə gəlmir. Ukrayna ölçüsü ilə “Qəbələ” kiçik şəhərdi. Yaxınlıqda xizək idmanı ilə məşğul olmağa kurort da var.

- Yeni mədəniyyətə uyğunlaşmaq sizə çətin olmadı ki?

- Yerli sakinlərin öz adət-ənənələri var. Bizim buna heç bir aidiyyətimiz yoxdu. Hər şeyə baxıb, susuruq.

- Azərbaycan mətbəxi ilə aranız necədi?

- Burada əsas qoyun ətindən yeməklər hazırlanır. Bu baxımdan futbolçu kimi yaşayıram. Yəni, qidalanmaya fikir verirəm. Həftənin sonunda isə harada nəsə dadmaq yerinə düşür. Mənim orada düşbərə xoşuma gəlir. Qoyun ətindən müxtəlif növ yeməklər də hazırlanır. Bir sözlə, qidalanma ilə hər şey qaydasındadı. Halbuki ukraynalılara müəyyən yeməklər acılı gələ bilər.


Tags:  Dmitri Bezotosnı Qəbələ Roman Qriqorçuk


RƏYLƏR


Top news