Azərbaycan daha bir ölkəyə yardım göndərir (FOTO)

Azərbaycan daha bir ölkəyə yardım göndərir (FOTO)
16:26 26 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidentinin tapşırığı ilə Tacikistan Respublikasında baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım göndəriləcək.

ANS PRESS-in məlumatına görə, dekabrın 7-də Tacikistan respublikasının dağlıq Bədəxşan Muxtar Vilayətinin ərazisində baş verən, güclü zəlzələ insan itkisi və dağıntılara səbəb olub, infrastruktura ziyan dəyib.

Baş verən təbii fəlakətlə əlaqədar humanitar yardım göstərilməsi üçün Tacikistan hökuməti Azərbaycan hökumətinə müraciət edib.

Bununla əlaqədar prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi hazırda təbii fəlakət zonasına 800 min manat həcmində humanitar yardımın göndərilməsi üçün hazırlıq işləri görür.


Azərbaycanın Qırğızıstana göndərdiyi yardım yük maşını.

Dünən prezidentin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin Qırğızıstanın Oş vilayətində baş vermiş güclü zəlzələ ilə əlaqədar həmin ölkəyə göndərdiyi humanitar yardım ünvana çatdırılıb.


Yardım maşınları ünvana çatdırılıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368247

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR