Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Boks üzrə Azərbaycan çempionatının ikinci gününə start verilib

Date: 26 December 2015 16:33


Bakı, 26 dekabr, Samirə Allahverdiyeva, AZƏRTAC 
Azərbaycan Boks Federasiyasının Boks Mərkəzində böyüklər arasında Azərbaycan çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, 200-dən çox idmançının mübarizə apardığı yarışın ikinci günündə 10 çəki dərəcəsində döyüşlər keçirilir.
Birincilikdə “Neftçi”, “Qızıl əlcək”, “Rabitəçi”, “Sərhədçi”, “Gömrükçü”, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, “Zenit”, “Lokomotiv” klubları ilə yanaşı, regionların təmsilçiləri də iştirak edirlər.
Yarışların baş hakimi Fuad Aslanov, baş məsləhətçisi isə Rövşən Hüseynovdur.
Çempionat dekabrın 29-dək davam edəcək.

Tags:  Boks üzrə Azərbaycan çempionatının ikinci gününə start verilib



RƏYLƏR


Top news