Bakı, 26 dekabr, AZƏRTAC
“Aston Martin” şirkətinin baş direktoru Endi Palmer İngiltərənin bu brendinin “Formula-1”ə qayıtmaq fikrində olmadığnı bir daha təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, kompaniya “Force İndia” ilə danışıqlar aparırdı. Sponsor razılaşmasına əsasən, komanda adını dəyişərək “Aston Martin” etməsi nəzərdə tutulurdu. Lakin E.Palmer bunun üçün kifayət vəsaitin olmadığını bildirib.
“Bizim “Formula-1”də iştirak üçün imkanımız yoxdur. Şirkətimizin əsas məqsədi keyfiyyətli avtomobillər istehsal etməkdir. İnanmıram ki, “Formula-1”də iştirak bizim uğurlarımızı tamamilə reklam edə bilsin”, – deyə E.Palmer qeyd edib.