bp: Bu il “Şahdəniz”dən hasilatın artacağı gözlənilir

bp: Bu il “Şahdəniz”dən hasilatın artacağı gözlənilir
17:08 26 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, Nihad Budaqov, AZƏRTAC
Avqustda “Şahdəniz” platformasında planlaşdırılmış istehsalın dayandırılmasına baxmayaraq 2015-ci ildə “Şahdəniz Mərhələ 1”dən hasilatın artacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə “bp-Azərbaycan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı “naturalgaseurope.com”a məlumat verib. O bildirib ki, bu ilin 11 ayında “Şahdəniz Mərhələ 1”dən 6 milyard kubmetr qaz ixrac edilib. Bu rəqəm 2014-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çoxdur. 2014-cü ildə isə “Şahdəniz”dən qazın ixracı 6,5 milyard kubmetr təşkil etmişdi.
Qeyd edək ki, 2014-cü ildə “Şahdəniz Mərhələ 1” çərçivəsində 9,8 milyard kubmetrdən artıq qaz və 2,3 milyon ton kondensat çıxarılıb.
“Şahdəniz”də iştirak payları belədir: bp (operator – 28,8 faiz), AzŞD (10 faiz), Cənub Qaz Dəhlizi Apstrim (6,7 faiz), Petronas (15,5 faiz), LUKOİL (10 faiz), NICO (10 faiz) və TPAO (19 faiz).

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/bp_Bu_il_Sahdenizden_hasilatin_artacagi_gozlenilir-914678

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR