"Qəbələ"nin qapıçısı: "Qriqorçuk hər keçən il daha da inkişaf edir"

"Qəbələ"nin qapıçısı: "Qriqorçuk hər keçən il daha da inkişaf edir"
17:22 26 Dekabr 2015
37 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 26 dekabr. REPORT.AZ/ "Məşqçilik işi hər gün, hər ay, hər il dəyişikliyə məruz qalıb inkişaf edir. Roman Qriqorçuk müəyyən düzəlişlər edir və qazandığı təcrübəyə əsasən özü üçün nəticə çıxarır". "Report"un məlumatına görə, bunun "Qəbələ" klubunun qapıçısı Dmitri Bezotosnı deyib.
Ukraynalı əlcək sahibi yerli mətbuata açıqlamasında Qriqorçukdan danışıb. O, bildirib ki, həmyerlisi olan 50 yaşlı çalışdırıcı hər keçən il daha da inkişaf edir: "Bunun nəticəsi olaraq məşq prosesində yeni nüanslar meydana gəlir. Onun əsas şüarı belədir: "Hər zaman qalib gəlib, yeni zirvələr fəth etmək". Bu, Odessada da belə idi, indi də. Bu baxımdan İocifoviç heç dəyişməyib. O, maksimalist insandır. Buna görə də həmişə qazanmaq və komandasının yalnız ən yaxşı olmasını istəyir".

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/qebele-nin-qapicisi-qriqorcuk-her-kecen-il-daha-da-inkisaf-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR