Şamaxı-İsmayıllı, Abşeron arxipelagı və Orta Xəzər potensial seysmik risk zonaları kimi proqnozlaşdırılır

Şamaxı-İsmayıllı, Abşeron arxipelagı və Orta Xəzər potensial seysmik risk zonaları kimi proqnozlaşdırılır
17:23 26 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, AZƏRTAC
Noyabr ayının sonunda Azərbaycan ərazisi və ona qonşu seysmoaktiv zonaların seysmogeodinamik şəraitində ciddi dəyişikliklər müşahidə olunmayıb.
AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) bülleteninə istinadla xəbər verir ki, regional planda respublika ərazisi tamamilə sıxılma gərginlik-deformasiya proseslərinin təsiri altında olub. Nisbətən intensiv geodinamik proseslər Şamaxı-İsmayıllı, Abşeron periklinalı, Gəncə və Mərkəzi Xəzər seysmoaktiv zonalarında qeydə alınıb. Seysmohidrogeodeformasiya xəritə-sxemindən göründüyü kimi, gərginliyin maksimal qiyməti Abşeron-Balxanyanı qırışıqlıq sisteminə uyğun gəlir. Lokal strukturlar Mahaçqala-Türkmənbaşı, Goradil, Şərqi Qobustan və Arpaçay-Samur istiqamətli tektonik pozulmalar boyu formalaşıb ki, bu da geodinamik proseslərin tangensial yan basqı xüsusiyyətlərindən irəli gəlir. Hər 4 struktur üzrə gərginliyin qiyməti kritik səviyyədən kiçik olsa da, burada zəif intensivlikli klassik təkanların baş vermə ehtimalı qalır.
Bülletendə bildirilir ki, ötən ayın sonunda yeni formalaşan geodinamik şəraitin inkişaf dinamikası Abşeron periklinalı, Şamaxı-İsmayıllı və Mərkəzi Xəzər seysmoaktiv zonalarında seysmik riskin yüksək olmasını şərtləndirir. Respublika ərazisində Şamaxı-İsmayıllı, Abşeron arxipelagı və Orta Xəzər seysmogen zonallıqları potensial seysmik risk zonası kimi proqnozlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Samaxi_Ismayilli_Abseron_arxipelagi_ve_Orta_Xezer_potensial_seysmik_risk_zonalari_kimi_proqnozlasdirilir-914680

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR