Fevralda Kayseridə Türkiyə-Azərbaycan-Gürcüstan İqtisadi Sammiti keçiriləcək

Fevralda Kayseridə Türkiyə-Azərbaycan-Gürcüstan İqtisadi Sammiti keçiriləcək
17:38 26 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, AZƏRTAC
2016-cı il fevralın 19-da Kayseridə Türkiyə-Azərbaycan-Gürcüstan İqtisadi Sammiti keçiriləcək.
AZƏRTAC Türkiyənin sondakika.com saytına istinadla xəbər verir ki, bu barədə Türkiyənin iqtisadiyyat naziri Mustafa Elitaş məlumat verib.
"500 iş adamının qatılacağı Sammitdə üçtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Eyni zamanda, tədbir çərçivəsində həm Türkiyənin, həm də Kayserinin qış idman növləri üzrə turizm mərkəzi sayılan Ərciyəsin təqdimatı baş tutacaq", - deyə nazir diqqətə çatdırıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fevralda_Kayseride_Turkiye_Azerbaycan_Gurcustan_Iqtisadi_Sammiti_kechirilecek-914684

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR