Qüvvədə olan lisenziyalar müddətsiz lisenziyalarla əvəz olunur

Qüvvədə olan lisenziyalar müddətsiz lisenziyalarla əvəz olunur
17:53 26 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycan Prezidentinin 2015-ci il 21 dekabr tarixli "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" Fərmanı qüvvəyə mindiyi gün qüvvədə olan lisenziyalar müddətsiz hesab olunur.
İqtisadiyyat və Sənaye Nazirliyindən (İSN) AZƏRTAC-a bildiriblər ki, Fərmana uyğun olaraq, lisenziya verən dövlət orqanları tərəfindən lisenziya sahiblərinin müraciətləri əsasında qüvvədə olan lisenziyaların müddətsiz lisenziyalarla əvəz olunması təmin edilir. Bununla əlaqədar dövlət rüsumu tələb olunmur.
İSN sahibkarların nəzərinə çatdırır ki, müddətli lisenziyaların müddətsiz lisenziyalarla əvəz olunması üçün sahibkarlıq fəaliyyətini həyata keçirdiyiniz inzibati ərazi vahidinin əhatə olunduğu "ASAN xidmət" mərkəzlərinə, dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar isə lisenziya verən mərkəzi icra hakimiyyəti orqanlarına müraciət (ərizəyə lisenziyanın əsli əlavə olunmaqla) edilməlidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Quvvede_olan_lisenziyalar_muddetsiz_lisenziyalarla_evez_olunur-914690

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR