Yusif Səmədoğlunun anadan olmasının 80 illiyi qeyd olunub

18:13 26 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Bülbülün 120 illik yubileyi keçiriləcək (11 May 2017 19:19)
UNEC-də Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə bağlı tədbir keçirilib (10 May 2017 17:04)
Lənkəranda Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub (10 May 2017 15:17)


Bakı, 26 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Dekabrın 26-da Xalq Yazıçısı Yusif Səmədoğlunun anadan olmasının 80 illiyinə həsr edilmiş anma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Səməd Vurğunun ev-muzeyində baş tutan tədbirdə iştirakçılar əvvəlcə Y.Səmədoğlunun həyatının müxtəlif anlarını əks etdirən videoçarxa baxıblar.
Muzeyin direktoru Nüşabə Vəkilova Y.Səmədoğlunun həyat və fəaliyyətindən söhbət açıb. Bildirilib ki, Y. Səmədoğlu 1935-ci il dekabrın 25-də böyük şair Səməd Vurğunun ailəsində dünyaya göz açıb. Orta məktəbi qızıl medalla bitirən gənc Yusif Moskva Yazıçılar İttifaqı nəzdində fəaliyyət göstərən M.Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub. Təhsilini başa vurduqdan sonra “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri, C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor, sonra direktor müavini, “Ulduz”, “Azərbaycan” jurnallarının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin (AYB) nəsr üzrə katibi olub.
Bir çox fəxri adlara layiq görülən ədib ədəbi mühitdə “220 saylı otaq”, “Qalaktika”, "Qətl günü" kitabları ilə məşhurlaşıb. “Deyilənlər gəldi başa” romanı yarımçıq qalıb.
Qeyd edilib ki, o, müstəqilliyimizin əldə olunmasında ictimai xadim kimi əvəzsiz fəaliyyət göstərib.
Tədbirdə AYB-nin sədri, Xalq Yazıçısı, Anar, birliyin katibi, Xalq Şairi Fikrət Qoca, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə və başqaları bu ocaqdan gedən müqəddəs insanlar haqqında və Y.Səmədoğlunun unudulmaz bir dost kimi yüksək mənəvi keyfiyyətlərindən söhbət açıblar. Şairlər Ramiz Rövşən, Oqtay Rza, Z. D. Qayalı ona həsr etdikləri şeirlərini oxuyublar.
S.Vurğun ocağının davamçısı, Beynəlxalq müsabiqələr laureatı Vurğun Vəkilov pianoda tarın müşayiəti ilə Y.Səmədoğlunun sevdiyi “Bayatı-şiraz” muğamını səsləndirib.
Sonda N.Vəkilova görkəmli yazıçının xatirəsinə göstərilən ehtirama və diqqətə görə tədbir iştirakçılarına minnətdarlığını bildirib.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Formula 1-ə bilet alanlara xüsusi endirimlər ediləcək

30 May 2017 11:22

Ağdaş Rayon İcra Hakimiyyətindən oğurluq olub

30 May 2017 11:22

Moskva Dövlət Universitetinin Bakı filialı bakalavriat səviyyəsinə qəbul elan edir

30 May 2017 11:22

Azərbaycanda gömrük əməkdaşlarının 20%-i məsuliyyətə cəlb edilib

30 May 2017 11:22

Kim Çen ln ABŞ-a daha çox "hədiyyə" göndərmək istəyir

30 May 2017 11:22

Filarmoniyanın iyun ayı üçün tədbirlər planı - CƏDVƏL

30 May 2017 11:22

Bakıda AĞIR QƏZA: polis maşını "Porşe" ilə toqquşdu, polis öldü - GÖRÜNTÜLƏR

30 May 2017 11:19

Elariz şeiri ilə ELZANI GERİDƏ QOYDU: “Həsrət qalmışıq, bəlkə basasan...” - BİABIRÇILIQ

30 May 2017 11:18

Milan Ticarət Palatasının ekspertləri BBF-də Azərbaycan turizminin inkişaf istiqamətlərini müzakirə ediblər

30 May 2017 11:17

"Problemli kreditlərlə bağlı banklarla müzakirələr başlayib"

30 May 2017 11:17

Əməliyyat: Şəhərə giriş-çıxışlar bağlandı

30 May 2017 11:17

Arda Turandan GÖZLƏNİLMƏZ QƏRAR

30 May 2017 11:13

Elariz Elzaya şeir həsr etdi: "Bu nə poza?" - FOTO

30 May 2017 11:12

Qlobal iqtisadiyyatının yavaşlaması Rusiya üçün ən böyük təhlükə olacaq

30 May 2017 11:12

Bakıda 17 yaşlı qız yoxa çıxdı

30 May 2017 11:12

Aylıq 130 manata ev almaq istəyənlər bu xəbəri mütləq oxusunlar - VİDEO

30 May 2017 11:12

Körpə doğuşdan dərhal sonra yeriməyə başladı

30 May 2017 11:10

Zamirin gözləri əbədiyyən kor qala bilər - YARDIM EDƏK!

30 May 2017 11:09

Qaz yüklü tanker partladı: 2 nəfər öldü - VİDEO

30 May 2017 11:08

Zindandan zənginliyə

30 May 2017 11:07

Sərxoş tutulan milyarder idmançı: "İçməmişdim" - FOTO

30 May 2017 11:05

5 gün əvvəl boşanan müğənni yeni eşqə başladı

30 May 2017 11:05

Biznesmeni qətlə yetirən Qazaxıstanda YAXALANDI

30 May 2017 11:04

DİQQƏT: Güzəştli mənzil almaq istəyənlər

30 May 2017 11:04

Adnan Oktar iftardan sonra görün nə etdi - VİDEO

30 May 2017 11:03

28 May - Respublika Günü media nümayəndələrinin iştirakı ilə Lənkəranda qeyd olunub

30 May 2017 11:02

Müğənni Eltonu "Maşın şou"dan uzaqlaşdırdılar - "Qarşıdurma"

30 May 2017 10:59

"Facebook"da qızının çılpaq fotolarını gördü -

30 May 2017 10:59

Azərbaycanda özəlləşdirmə nəticəsində 1,1 mlrd. manatdan çox investisiya yatırılıb

30 May 2017 10:57

45 il sonra Premyer Liqada

30 May 2017 10:57

Əli Əhmədov: Azərbaycan son 15 ilin ən uğurlu inkişafına imza atmış dövlətlərdən biridir

30 May 2017 10:55

İrəvanın qorxunc hiyləgərliyi: Putin ERMƏNİ İŞĞALINA qarşı hərəkətə keçdi

30 May 2017 10:53

Bakının bu əraziləri susuz qalacaq

30 May 2017 10:52

Ukrayna prezidenti və baş naziri Gürcüstana səfər edəcək

30 May 2017 10:52

Bakıda sürücülərin gününü qara edən YÜK TAKSİLƏRİ

30 May 2017 10:52

Moskvada qasırğa qurbanlarının sayı 14 nəfərə çatdı

30 May 2017 10:50

Bu gün Bakının bu yerlərində su olmayacaq

30 May 2017 10:49

Özündən 20 yaş kiçik sevgilisindən tv rəhbərinə doğum günü təbriki - FOTOLAR

30 May 2017 10:48

Ronaldonun sevgilisi hamilə olmasını "təsdiqlədi" - FOTO

30 May 2017 10:47

Tanınmış jurnalisti kürəkəni öldürdü - FOTO

30 May 2017 10:47

Azərbaycanda problemli kreditlərə dair banklarla müzakirələr başlayıb

30 May 2017 10:47

Bakıda tikinti şirkətinin rəhbəri həbs edildi - FOTO

30 May 2017 10:44

"Qalatasaray" yeni futbolçu transfer edəcək

30 May 2017 10:44

TƏLƏSİN! - Sosial evlərə qeydiyyat başladı - VİDEO

30 May 2017 10:43

Bakının kəndlərində su olmayacaq

30 May 2017 10:43

Tahir Budaqov: "Azərbaycan milli statistika sistemini qlobal səviyyəyə uyğunlaşdırmalıdır"

30 May 2017 10:42

Bakıda lüks avtomobil ağır qəzaya düşdü - Milyonerlər məhəlləsində

30 May 2017 10:39

Zooparkda faciə: pələng qadını parçaladı - VİDEO - FOTO

30 May 2017 10:37

Daşınmaz əmlak bazarında nələr gözlənilir?

30 May 2017 10:37

Azərbaycanda daha 5 problemli bank nəzarətə götürülüb

30 May 2017 10:37