Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Davudoğlu ilə Dəmirtaşın görüşü baş tutmayacaq

Davudoğlu ilə Dəmirtaşın görüşü baş tutmayacaq

Date: 26 December 2015 18:22

Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaşla görüşü ləğv olunub. APA-nın "Milliyət" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə baş nazirin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son bir həftə ərzində HDP nümayəndələrinin verdiyi açıqlamalar baş nazirin həyata keçirdiyi uzlaşma mədəniyyəti ilə tamamilə ziddiyyət təşkil edir: "Belə olan halda isə HDP nümayəndələri ilə eyni masa arxasında oturmağın mənası yoxdur".

Qeyd edək ki, Ə.Davudoğlu yeni konstitusiya, islahatlar və büdcə mövzusunda dekabrın 30-da CHP sədri Kamal Kılıçdaroğlu və HDP sədri S.Dəmirtaşla görüşəcəkdi.

MHP sədri Dövlət Baxçalı ilə görüş yanvarın 4-nə planlaşdırılır. 

Milli.Az


Tags:  Davudoğlu Dəmirtaşın görüşü baş tutmayacaq


RƏYLƏR


Top news