Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Date: 26 December 2015 18:47

Həştərxan şəhərindəki Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbinin direktoru Tatyana Tixomirova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Həştərxan şəhərindəki "Heydər Əlirza oğlu Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbi" bələdiyyə büdcə ümumtəhsil müəssisəsinin və "Drujba uşaq bağçası" əlahiddə bölməsinin kollektivi, habelə uşaqlar və onların valideynləri adından Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik.

Sizə möhkəm cansağlığı, bütün təşəbbüslərinizdə uğurlar, tükənməz yaradıcılıq enerjisi arzulayırıq.

Bu xoş fürsətdən istifadə edərək, Sizi, həmçinin qızınız Leyla Əliyevanın fəaliyyətinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən yüksək qiymətləndirilməsi münasibətilə təbrik edirik.

Əminik ki, Sizin müdrik rəhbərliyiniz ilə Azərbaycan Respublikasının və onun dost xalqının inkişafı və firavanlaşması davam edəcək.

Ümidvarıq ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, həmçinin Həştərxan vilayəti arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə yönəlmiş sosial əhəmiyyətli beynəlxalq layihələrin həyata keçirilməsinə bundan sonra da diqqət yetirəcəksiniz".

X X X

"Mir" Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri,

Doğum gününüz münasibətilə "Mir" Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan səmimi təbriklərimizi qəbul edin!

İcazə verin, Sizə cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycan Respublikasının əmin-amanlığı, sabitliyi və rifahı naminə bütün təşəbbüslərinizdə uğurlar arzu edək".

X X X

Rusiya Notariuslar Assosiasiyasının sədri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti professor Natiq Ağamirov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Möhtərəm cənab Prezident,

İcazə verin, Sizi doğum gününüz və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Rusiya Notariuslar Assosiasiyası adından və şəxsən öz adımdan ürəkdən təbrik edim, Sizə möhkəm cansağlığı və doğma Azərbaycanın çiçəklənməsi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edim.

Yeni il ərəfəsində bu əlamətdar tarixləri qeyd etmək hər bir azərbaycanlı üçün xoş ənənəyə çevrilib. İcazə verin, qarşıdan gələn yeni 2016-cı il münasibətilə Sizi təbrik edim və ən səmimi arzularımı çatdırım.

Başa çatan il Azərbaycanın növbəti əlamətdar nailiyyətləri ilə yadda qalıb. Bakıda keçirilən birinci Avropa Oyunları Azərbaycan dövlətinin uğurlarını və imkanlarını, xalqımızın böyüklüyünü bütün dünyaya nümayiş etdirib, dünya mədəniyyəti və idmanı tarixində daimi yerini tutub.

Bu gün bütün dünya birliyi kimi tarixi Vətənimiz də çətin bir dövr yaşayır. Təbii ki, dünyada baş verən qlobal iqtisadi, siyasi proseslər və problemlər son illər beynəlxalq siyasətin əhəmiyyətli amilinə, regionun liderlərindən birinə çevrilən Azərbaycan Respublikasından da yan keçə bilməzdi.

Amma biz Yeni ili nikbinliklə qarşılayırıq və inanırıq ki, Tanrının xeyir-duası və Sizin rəhbərliyiniz ilə Azərbaycan xalqı bu sınaqlardan şərəflə çıxacaq, dövrün çətinliklərini müvəffəqiyyətlə dəf edəcək və dünyanın inkişaf etmiş ölkələri sırasındakı mövqeyini möhkəmləndirəcək. Xalqımızın əməksevərliyi və fədakarlığı, Prezidentimizin siyasi xadim kimi həyat təcrübəsi, dərin bilikləri, yüksək peşəkarlığı və mənəvi gücü bütün bunların rəhni olacaq.

Möhtərəm İlham Heydər oğlu, icazə verin, doğum gününüz münasibətilə Sizi bir daha təbrik edim.

Qoy, qarşıdan gələn Yeni il Sizin üçün və bütün Azərbaycan xalqı üçün əlamətdar hadisələr, yeni xeyirxah işlər və nailiyyətlərlə zəngin uğurlu və firavan il olsun!

Sizə və doğmalarınıza ürəkdən möhkəm cansağlığı, xoşbəxtlik, gözəl Yeni il ovqatı arzu edirəm".

X X X

İnsan Hüquqları üzrə Moskva Bürosunun direktoru, Rusiya Prezidenti yanında vətəndaş cəmiyyətinin inkişafı və insan hüquqları Şurasının üzvü, Rusiya Hüquqşünaslar Assosiasiyasının üzvü Aleksandr Brod Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Ad gününüz münasibətilə ürəkdən gələn səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, işinizdə yeni-yeni uğurlar, tükənməz həyat eşqi, xoşbəxtlik, xeyir-bərəkət, ailə səadəti arzu edirəm.

Bundan sonra da Sizinlə əməkdaşlığa ümid bəsləyirik".

X X X

"Ümumukrayna Ağsaqqallar Şurası" İctimai Birliyinin sədri Anatoli Raxanski Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə ən səmimi və xoş təbriklərimizi qəbul edin.

Sizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, çoxşaxəli fəaliyyətinizdə uğurlar arzu edirik.

Qoy, Sizin tükənməz enerjiniz, peşəkarlığınız və məqsədyönlülüyünüz qat-qat artsın və bundan sonra da mühüm dövləti məsələlərin həllində Sizə kömək etsin.

Qoy, həmkarlarınızın və dostlarınızın səmimi və hərtərəfli dəstəyi həmişə Sizinlə olsun.

Mühüm və nəcib əməyinizdə Sizə uzun illər səmərəli fəaliyyət və çoxsaylı vacib işləri başa çatdırmağınızı arzu edirik".

X X X

Rusiyanın Əməkdar Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının akademiki Nikas Safronov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Çox hörmətli İlham Heydər oğlu,

Sizi doğum gününüz münasibətilə dərin hörmət və ehtiram hissi ilə təbrik edirəm.

Sizin bütün işləriniz və təşəbbüsləriniz Azərbaycan xalqının həyatının daha da yaxşılaşmasına, ölkənin qüdrətinin və firavanlığının möhkəmlənməsinə yönəlib. Mən ilk görüşdən Sizin indi tamamilə reallaşan potensial imkanlarınıza əmin idim.

Qoy həyatınızın yeni səhifəsi özü ilə yeni-yeni qələbələr və nailiyyətlər gətirsin, köhnə və sadiq dostları hifz etsin.

Sizə cansağlığı və uzun ömür arzu edirəm".

X X X

Türk Dünyası Bələdiyyələr Birliyinin rəhbəri, Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri İbrahim Karaosmanoğlu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri cənab Prezident,

Sizi doğum gününüz münasibətilə Türk Dünyası Bələdiyyələr Birliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar və qardaş Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzulayıram.

Fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm".

X X X

Rusiyanın "Rosnano" Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Anatoli Çubays Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizə uzun illər boyu cansağlığı və firavanlıq arzu edirəm.

Qoy, bütün səylərinizi daim silahdaşlarınızın möhkəm dəstəyi, atdığınız addımların müvəffəqiyyətinə inam hissi və tükənməz enerji müşayiət etsin".

X X X

Rusiyanın "Qazprom" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Aleksey Miller Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Sizi doğum gününüz münasibətilə "Qazprom" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və çoxşaxəli fəaliyyətinizdə daha böyük uğurlar arzu edirəm".

X X X

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə ən səmimi və hərarətli təbriklərimi qəbul edin. Sizin çoxşaxəli fəaliyyətiniz, respublikanın firavanlığı naminə yorulmadan çalışmağınız yüksək hörmətə layiqdir.

İcazə verin, Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının hərtərəfli inkişafı və çiçəklənməsi naminə işlərinizdə tükənməz enerji və zəfərlər diləyim.

Zati-aliləri, Sizə və xanımınız Mehriban Arif qızına firavanlıq və səadət arzu edirəm".

X X X

Rusiya Uşaq Fondunun sədri, yazıçı, Rusiya Təhsil Akademiyasının akademiki Albert Lixanov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə Rusiya Uşaq Fondu adından səmimi təbriklərimizi qəbul edin.

Respublikanızın rifahı naminə fədakar əməyinizə və ağır taleli uşaqlara göstərdiyiniz atalıq qayğısına görə Sizə dərin ehtiram bəsləyirik. Sizə uzun ömür, cansağlığı, uğurlar və xoş günlər diləyirik".

Milli.Az


Tags:  Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

RƏYLƏR


Top news